Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 17-də və 18-də ölkə ərazisində qeydə alınan 89 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bildirilib ki, axtarışda olduqlarına görə ümumilikdə 77 nəfər saxlanılıb. Onlardan 50-si borclu şəxs qismində axtarışda olanlardır və aidiyyəti üzrə təhvil verilib.
Hesabat günlərində narkotiklərlə bağlı 60 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
Ümumilikdə, cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.