Qəzzanı idarə edəcək komitənin üzvləri MƏLUM OLDU

Qəzzanı idarə edəcək komitənin üzvləri MƏLUM OLDU
18 Yan 2026 21:58

Fələstinin Qəzza zolağının idarəetməsi üzrə Milli Məşvərət Komitəsinin ilk iclası Qahirədə keçirilib.


News365.az-ın xəbərinə görə, bu barədə Misirin "Əl-Qahira əl-İxbariya" televiziya kanalı məlumat yayıb.


İclasda ilk bəyannamə qəbul edilib və tam tərkib açıqlanıb. Belə ki, yeni inzibati orqan 12 üzvdən ibarət olacaq. Komitəyə Qəzzada iqtisadiyyat, sənaye, ticarət, təhsil, telekommunikasiya, kənd təsərrüfatı, səhiyyə və təhlükəsizlikdən məsul olacaq fələstinli texnokratlar daxil olub.


Müvəqqəti administrasiyada digərləri ilə yanaşı, HƏMAS hərəkatının tanınmış müxaliflərindən biri Sami Nasman (anklavda daxili təhlükəsizliyə nəzarət edəcək), Fələstin Milli Hakimiyyətinin (FMH) Ali Məhkəməsinin keçmiş sədri Adnan Əbu Vərda (Qəzzada ədliyyə sektoruna nəzarət edəcək) və FMH-nin keçmiş biznes və iqtisadi hüquqlar naziri Usamə əl-Sədavi (zolaqda mənzil tikintisinə cavabdeh olacaq) vəzifələr tutublar.


Sizin reklam burada
Sizin reklam burada