Baydenin keçmiş müşaviri Bakıdan heyrətlə döndü: “Kürü möhtəşəmdir”

Baydenin keçmiş müşaviri Bakıdan heyrətlə döndü: “Kürü möhtəşəmdir”
09:18

ABŞ-nin keçmiş prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə sabiq müşaviri Ceyk Sallivan Bakı səfəri zamanı yaşadığı maraqlı diplomatik epizodu xatırlayıb.

News365.az-ın məlumatına görə, Sallivan bildirib ki, Dövlət Departamentində çalışdığı dövrdə, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun rəhbərliyi altında Bakıya səfər edən Amerika nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Görüş zamanı Azərbaycan tərəfi ABŞ nümayəndə heyətinə Xəzər nərə balığının kürüsünü təqdim edib.

Onun sözlərinə görə, bu səfərə qədər belə yüksək keyfiyyətli kürü heç vaxt dadmayıb və təqdim olunan delikates uzun müddət yaddaşında qalıb. Sallivan qeyd edib ki, əvvəllər yalnız adi balıq kürüsü yemişdi, lakin Bakıda təqdim olunan elit Xəzər kürüsü tam fərqli təcrübə olub və nümayəndə heyətinin üzvləri bu qonaqpərvərliyi böyük məmnuniyyətlə qarşılayıblar. O, bu barədə "Long Game Podcast" verilişində danışıb.

Keçmiş müşavir bu epizodun onlarda müxtəlif ölkələrdə diplomatik qonaqpərvərlik səviyyəsi barədə düşüncələr yaratdığını da vurğulayıb. Onun fikrincə, bəzi ölkələrdə qonaqlara münasibət və süfrə mədəniyyəti daha yüksək səviyyədədir. Sallivan hətta bildirib ki, bu baxımdan ən zəif göstərici ABŞ-a məxsusdur və bunu ölkədə yaxşı yeməklərin olmaması ilə deyil, diplomatik qonaqpərvərlik ənənələrinin zəifliyi ilə əlaqələndirib.


Sizin reklam burada
Sizin reklam burada