MN-dən ÇAĞIRIŞ: narahatlığa heç bir əsas yoxdur

MN-dən ÇAĞIRIŞ: narahatlığa heç bir əsas yoxdur
11:30

19-23 yanvar tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə News365.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir


Sizin reklam burada
Sizin reklam burada