Türkiyənin “Anadolu" xəbər agentliyinin operatoru İsrail müdafiə qüvvələrinin hava hücumu nəticəsində həlak olub.
Bu barədə Agentlik məlumat yayıb.
Belə ki, dövlət xəbər Agentliyinin operatoru Muntasir əs-Səvvaf Qəzzada çalışıb, bölgədə baş verən xəbərlərin işıqlandırılması ilə məşğul olub.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.