Fransanın daxili işlər naziri Bruno Retaillo Almaniya və ABŞ-də baş verən terror aktları ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.Bu barədə "Le Figaro" məlumat yayıb.
"Sənəddə daxili işlər naziri dekabrın 20-də Maqdeburqda (6 ölü və 299 yaralı) və 1 yanvarda Yeni Orleanda (14 ölü və 36 yaralı) baş vermiş hücumlara açıq şəkildə istinad edir, bu hadisələrin necə baş verdiyini göstərir. Qeyd edilir ki, təhlükə güclüdür və terrorçular sistemlərdə mümkün zəifliklərdən tez istifadə edirlər",-məqalədə yazılıb.
Fransanın daxili işlər naziri Teleqramda prefektlərə, eləcə də polis və jandarm rəislərinə terror təhlükələrinin aşkarlanması, qarşısının alınması və lazım gələrsə müəyyən sərt tədbirlərin görülməsi üçün kəşfiyyat xidmətlərinin tam səfərbər olunmasına çağırıb.