Almaniya hökuməti keçən il təxminən 13,33 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib.
News365.az DPA-ya istinadla xəbər verir ki, Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya İqtisadiyyat və İqlim Mühafizə Naziri bu barədə bildirib.
Beləliklə, Almaniya 2024-cü ildə silah və hərbi texnika satışı üzrə rekord qırıb.
Berlin administrasiyasının 2023-cü ildə silah və hərbi texnika satış rekordu 12,13 milyard avro təşkil edib.