Şəmkir sakini ağır yanıq xəsarətləri alıb.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 2003-cü il təvəllüdlü F.Məmmədov bədənin 70-80 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda gənc oğlanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, F.Məmmədov yaşadığı evdə benzinlə ocaq yandıran zaman yanıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.