Malatyada avtobus aşıb, ölənlər və yaralılar var

Malatyada avtobus aşıb, ölənlər və yaralılar var
22:10

Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda ağır yol qəzası baş verib.

News365.az "Haber Global"a istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həyatını itirib,15 nəfər isə yaralanıb.

Belə ki, axşam saatlarında hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları cəlb edilib.

Malatya valisi Seddar Yavuz bildirib ki, yol qəzası ilə bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada