Alkoqol qəbulunun təhlükəsiz dozası varmı?

Alkoqol qəbulunun təhlükəsiz dozası varmı?
10:40

Alkoqolun təhlükəsiz dozası adlı anlayış yoxdur. Ancaq "nisbətən təhlükəsiz" spirt dozalarını hesablamağa çalışsanız, gündə 250 ml pivə, 30 ml sərt spirt və 100 ml quru şərab içə bilərsiniz.

Bu fikri məşhur psixiatr, narkoloq Ruslan İsayev "Gazeta"ya müsahibəsində deyib.


"Əgər bir şəxs hələ də içməyə davam edir və ya qərar verirsə, bunu orqanizminə minimal zərərlə necə edəcəyini bilməlidir"-o qeyd edib.

İsayevin sözlərinə görə, spirtin standart dozasına, yəni 10 qram təmiz etanola diqqət yetirmək lazımdır.


Bu, təxminən 100 ml quru çaxır (12% etanol), 250 ml pivə (4-5%), 30 ml sərt spirtdir (araq, viski, konyak - 40%). Gündə kişilər üçün iki standart dozadan və qadınlar üçün bir dozadan çox qəbul egməmək tövsiyə olunur. 

Yəni, məsələn bir qadın 200 ml quru çaxır qəbul edə bilər: "Hərçənd bunu da hər gün içməməlidir. Sadəcə olaraq nisbətən arzuolunan versiya budur ki, əgər bir xanım standart dozanı keçmək istəmirsə gün arzində uzağı iki dəfə 100 ml quru çaxır qəbul edə bilər. Bunu hər gün təkrarlamaq düzgün deyil. Ümumiyyətlə isə bu nisbətən arzuolunan doza belə sağlamlığınıza ciddi zərər vurmayacağına qarantiya vermir".

Tural


Sizin reklam burada
Sizin reklam burada