Martın 23-ü, bazar günü Yer kürəsində güclü maqnit qasırğası ola bilər. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Alimlərin fikrincə, martın 21-də Günəş M1.2 alışmasından sonra kosmosa böyük plazma "bulud"u atıb. Bu, 2025-ci ildə ən partlama sayılır.
“Güclü maqnit qasırğalarının bu günün və sabahın kəsişməsində yenidən başlaması gözlənilir”, - məlumatda qeyd edilib.
Maqnit qasırğasının G3 sinfinə çatacağı gözlənilir. Sonuncu dəfə sabahkı partlama ilə müqayisə oluna bilən plazma fırtınaları yanvarın əvvəlində müşahidə olunub.
Tural