Aİ Rusiyaya Kiyevə dəstəkdən çox pul ödəyir

Aİ Rusiyaya Kiyevə dəstəkdən çox pul ödəyir
19 Mar 2025 09:35

Yanvarda Avropa İttifaqı (Aİ) Rusiya qazına 1,9 milyard avro ödəyib.

Bu barədə Rusiya mediası Eurostat məlumatlarına istinadən yazıb. 

"Aİ ölkələri mayeləşdirilmiş təbii qaz (LNG) üçün 1,07 milyard avro ödəyib ki, bu da 2024-cü ilin dekabrından 17% çoxdur. Əsas idxalçı 455 milyon avro ödəyən Fransa olub", - "Gazeta" yazıb.


Bundan əlavə, Aİ yanvar ayında 833 milyon avro dəyərində Rusiyadan boru kəməri ilə qaz idxal edib ki, bu da 2024-cü ilin dekabrından 10% azdır: "Bununla belə, nəzərə almaq lazımdır ki, yanvar ayından Aİ ölkələri artıq Ukrayna ərazisindən keçən boru kəməri ilə qaz ixrac edə bilmirlər".


Öz növbəsində “The Guardian” qəzeti bir müddət öncə yazmışdı ki, Avropa 2024-cü ildə Rusiyanın enerji resurslarının alınmasına Ukraynanı dəstəkləməkdən daha çox pul xərcləyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada