Aİ-ni enerji böhranından Berdiməhəmmədov xilas edəcək?

Aİ-ni enerji böhranından Berdiməhəmmədov xilas edəcək?
08 Mar 2025 12:53

Türkmənistan öz qazını Avropa İttifaqı ölkələrinə tədarük etməyə hazırdır. Bunu “Euronews” telekanalına müsahibəsində Xalq Maslaxatının (Xalq Şurasının-red.) sədri Qurbanqulu Berdiməhəmmədov deyib.


Onun sözlərinə görə, Avropa İttifaqının enerji sektoru böyük potensiala malikdir. O, dünyada ən böyük sektorlardan biridir, ona görə də ona maraq artır.


“Türkmənistan təbii qaz tədarükü məsələsində avropalı tərəfdaşlarla yaxından işləməyə hazırdır”, - deyən Berdiməhəmmədov Transxəzər marşrutunun tədarük marşrutlarından biri ola biləcəyini qeyd edib.

Qurbanqulu onu da vurğulayıb ki, Türkmənistan həmişə Xəzər dənizində tam hüquqlu enerji tərəfdaşlığının yaradılmasına, o cümlədən Qərbə doğru sualtı boru kəmərlərinin çəkilməsinin tərəfdarı olub. Onun sözlərinə görə, sualtı infrastrukturun yaradılması sahilyanı dövlətlərin iqtisadi tələblərinə cavab verir və bu, Avrasiya məkanında enerji təhlükəsizliyini və dayanıqlılığı dəstəkləyəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada