Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi baş verib.
News365.az-ın məlumatına görə, şagirdlərdən biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, hadisə Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində qeydə alınıb. 8-ci sinif şagirdi, eyni məktəbdə təhsil alan 9-cu sinif şagirdinə xəsarət yetirib.
Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib. Məktəb rəhbərliyi və əməkdaşları, xəsarət alan şagirdin sağlamlığını və psixoloji durumunu izləyir. Həmçinin, valideyn və şagirdlə söhbət aparılıb.
Təhsil müəssisəsinin əməkdaşları tərəfindən lazımi tədbirlər görülməkdədir.