Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 28.06.2026-cı il tarixində saat 9 radələrində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
News365.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Xəsarət alan şəxslərin siyahısı:
Həcər Əli qızı Həsənova (1989-cu il təvəllüdlü);
Raidə Bəxtiyar qızı İmanova (1984-cü il təvəllüdlü);
Minarə Elnur qızı Babayeva (2011-ci il təvəllüdlü);
Hüseyn Pərviz oğlu İmanov (2018-ci il təvəllüdlü);
Nərgiz Əmrah qızı Hacıyeva (1966-cı il təvəllüdlü).
***
Ağdərə rayonunda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
News365.az-ın APA-ya istinadən verilən məlumata görə, avtobusun aşması nəticəsində çoxsaylı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Ağdam və ətraf rayonlardan göndərilən briqadaların köməyi ilə xəstəxanalara çatdırılır.
Qəzanın başvermə səbəbi, xəsarət alanların dəqiq sayı və digər təfərrüatlar aidiyyəti qurumlar tərəfindən araşdırılır.