Ukrayna Rusiyaya zərbələri nəticəsində 5 nəfər həlak olub, 54 nəfər yaralanıb

Ukrayna Rusiyaya zərbələri nəticəsində 5 nəfər həlak olub, 54 nəfər yaralanıb
11:54

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod, Ryazan və Rostov vilayətlərinə həyata keçirdiyi hücumlar nəticəsində azı 5 nəfər ölüb, 54 nəfər yaralanıb.

News365.az xəbər verir ki, bu barədə adıçəkilən vilayətlərin qubernatorları "Telegram" kanallarında məlumat yayıblar.

Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev bildirib ki, son sutka ərzində həyata keçirilən hücumlar nəticəsində Belqorod, Valuyki və Şebekino rayonlarında 4 mülki şəxs həlak olub. Belqorod şəhəri, həmçinin Belqorod, Valuyki və Şebekino rayonlarında isə 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, Taqanroqda raket qalıqlarının çoxmənzilli yaşayış binasına düşməsi nəticəsində bir qadın ölüb, iki nəfər yaralanıb.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov isə PUA-ların kütləvi hücumundan sonra 6 nəfərin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada