Sosial şəbəkələrdə insanların inancını, etiqadını təhqir etməkdə təqsirləndirlən iki tiktoker həbs olunub.
TikTok-da “Çevik” adı ilə tanınan Məqsəd Bağırov saxlanılıb. O, ictimai mənəviyyatı təhqir etmək, cəmiyyətə açıq hörmətsizlik, əxlaqsız ifadələrin səsləndirilməsində ittiham olunub və 10 sutka cəzalandırılıb.
Sosial şəbəkələrdə dini inancları təhqir edən 1979-ci il təvəllüdlü Üzeyir Abas da Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib.
News365.az xəbər verir ki, adları çəkilən şəxslərin saxlanılmasına cəmiyyətdə reaksiya müxtəlifdir. Xüsusilə sosial şəbəkələrdə mübahisələr yaranıb.
Bir qisim inanclı şəxs tiktokerlərin həbsini alqışlayaraq, Daxili İşlər Nazirliyinə təşəkkür edib.
Onları müdafiə edən ateistlər isə tiktokerlərin həbsinə qarşı çıxış ediblər.