İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin hərbi əməliyyatları ilə bağlı növbəti sərt açıqlama verib.
Nazir İsrail ordusunun Livanda çoxəsrlik tarixə malik 24 kəndi və Qəzza sektorunun təxminən 70 faizini məhv etdiyini iddia edib.
"Biz çoxəsrlik tarixə malik 24 Livan kəndini və Qəzza sektorunun 70 faizini məhv etmişik", – deyə İsrael Kats bildirib.
Təbii ki, nazirin bu fikirləri birmənalı şəkildə nifrətə layiqdir. Çünki dağdılan kəndlər, qəsəbələr milyonlarla insanın məhvi deməkdir.
Üstəlik bunu fəxarətlə söyləmək, bu artıq insanlığın bitdiyi yerdir:
Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov deyir ki, İsrailin müdafiə naziri Katz fəxrlə deyir ki, Qəzza zolağının 70 faizini, Livanın isə 24 kəndini tam məhv ediblər:
"Xüsusilə vurğulayır ki, məhz konkret binaları yox, bütün bunaları, yaşayış məntəqələrini məhv ediblər.
News365.az