İmtahan nəticələri ELAN OLUNDU

İmtahan nəticələri ELAN OLUNDU
17:28

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 12-də keçirilmiş II mərhələ blok imtahanlarının (I və IV ixtisas qrupları üzrə) nəticələrini elan edib.

News365.az xəbər verir ki, abituriyentlər imtahan nəticələri ilə DİM-in rəsmi internet saytında tanış ola bilərlər.

Nəticələri necə öyrənmək olar?

Abituriyentlər imtahan nəticələri, cavab kartının qrafik təsviri və hər bir tapşırıq üzrə bal göstəriciləri ilə DİM-in saytı üzərindən iş nömrəsişəxsiyyəti təsdiq edən sənədin nömrəsini (və ya FIN kodunu) daxil etməklə tanış ola bilərlər.

Qeyd edək ki, nəticələri həmçinin mobil operatorlar vasitəsilə iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.


Sizin reklam burada
Sizin reklam burada