Avtobus yük maşınına çırpıldı - FOTO+VİDEO

Avtobus yük maşınına çırpıldı - FOTO+VİDEO
10:53

Bakı şəhərinin Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, 107 saylı xətt üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

 

 

Hadisə zamanı avtobusda sərnişin olmasa da nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisənin detalları ilə bağlı aidiyyəti üzrə sorğu verilib.



Sizin reklam burada
Sizin reklam burada