İran da Ukraynadan təzminat tələb etdi- SƏBƏB

İran da Ukraynadan təzminat tələb etdi- SƏBƏB
28 İyl 2026 23:20

İran xarici işlər naziri Abbas Arakçı ukraynalı həmkarı Andrey Sibiqa ilə apardığı telefon danışığı barədə paylaşım edib.

Axar.az xəbər verir ki, Arakçı X hesabında İranın Ukraynadan təzminat tələb etdiyini yazıb.

"İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir", - Arakçı bildirib.

Qeyd edək ki, Ukrayna Rusiya və İran arasında silah daşınması ilə məşğul olan İran yük gəmisini Xəzər dənizində vurub. Nəticədə bir nəfər ölüb, 2 nəfər yaralanıb. İran buna kəskin etiraz edib və nəticəsi ilə bağlı Ukraynanı hədələyib.

Bəzi mənbələr İranın Ukraynaya zərbəyə hazırlaşdığı haqda iddia da səsləndirib.


Sizin reklam burada
Sizin reklam burada