ADY sürücü və piyadalara müraciət ünvanlayıb

ADY sürücü və piyadalara müraciət ünvanlayıb
19:41

Dumanlı hava şəraiti ilə bağlı Azərbaycan Dəmir Yolları sürücü və piyadalara müraciət ünvanlayıb.

News365.az xəbər verir ki, müraciətdə deyilir:

“Dumanlı hava səbəbindən platformalarda, dəmir yolları və dəmiryol keçidləri ətrafında görmə bucağının və məsafəsinin azalması müşahidə olunur.

Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.

Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik.

Yolunuz hər zaman aydın olsun!

News365.az


Sizin reklam burada
Sizin reklam burada