ABŞ Yaxın Şərqə böyük hərbi aviasiya qüvvəsi göndərdi

ABŞ Yaxın Şərqə böyük hərbi aviasiya qüvvəsi göndərdi
15:25

ABŞ Yaxın Şərqdə üç günlük potensial döyüşə hazırlıq üçün bölgəyə 39 yanacaqdoldurma və "Boeing C-17 Globemaster III" də daxil olmaqla 29 ağır hərbi-nəqliyyat təyyarəsi göndərib.

News365.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələri həmçinin Yaxın Şərqə uzaq məsafədən radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi də yola salıb.

Vaşinqtondakı Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin hərbi strategiya üzrə eksperti Bekki Vasserin sözlərinə görə, Birləşmiş Ştatlar regionda davamlı hərbi kampaniya aparmaq üçün kifayət qədər qüvvə yerləşdirib.

Ekspert qoşunların belə templə artırılmasının boşuna olmadığını söyləyib.


Sizin reklam burada
Sizin reklam burada