ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır

ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır
22 Mar 2025 18:30

ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu genişləndirir.


News365.az xəbər verir ki, bu barədə AP agentliyi mənbələrinə istinadən yazıb.


Pentaqon rəhbəri Pit Heqset “USS Harry Truman” aviadaşıyıcısının bölgədə qalma müddətinin ən azı 1 ay uzadılması barədə göstəriş verib.


Bundan əlavə, hazırda Sakit okeanda fəaliyyət göstərən “USS Carl Vinson” aviadaşıyıcısı Yaxın Şərqə yönləndirilib. Gəminin bölgəyə aprelin əvvəlində çatacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada