"ABŞ Ukraynaya yardımı xeyli azaldıb" - Sırski

"ABŞ Ukraynaya yardımı xeyli azaldıb" - Sırski
09 Apr 2025 13:20

ABŞ Ukraynaya yardımı xeyli azaldıb və indi Kiyev yardımı ilk növbədə Avropa ölkələrindən alır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (VSU) Ali Baş Komandanı Aleksandr Sırski “Levıy bereq” nəşrinə açıqlamasında danışıbb.


“ABŞ-dən gələn yardım azalıb. Əsas yardım isə Avropadakı tərəfdaşlarımızdan gəlir”, - deyə Sırski bildirib.


Döyüşlərlə bağlı mühüm qərarlar verən hərbçi ABŞ-dən yardımın tam dayandırılacağı təqdirdə Ukraynanın “öz gücünə güvənməli” olacağı fikrini ifadə edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada