“ABŞ şirkətlərinə dəhliz verilməsin deyə Ermənistana təzyiqlər ola bilər” - Politoloqdan şərh

14:28

“Çin məhsulları Ermənistanda məqsədli şəkildə saxlanılır, ABŞ şirkətlərinə dəhliz verilməyə bilər”

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Çin məhsullarının Ermənistandakı bəzi ərazilərdə – xüsusilə də ABŞ şirkətlərinin nəzarətində olan bölgələrdə saxlanılması və ləngidilməsi müəyyən iddiaları gündəmə gətirir. Onun sözlərinə görə, bu, Azərbaycan məhsullarına qarşı Rusiyanın tətbiq etdiyi “mənşəyi məlum olmayan xəstəliklər” iddiasına bənzər şəkildə, Çin məhsullarına qarşı da Ermənistanda gizli maneələrin yaradıldığı ehtimalını doğurur.

Taleh Əliyev qeyd edib ki, əgər bu iddialar doğru çıxarsa, bu, Çin tərəfinin də birbaşa prosesə cəlb olunduğunu göstərir və Ermənistan daxilində bəzi qüvvələrə qarşı təzyiqlər ola bilər.

“Belə ehtimal var ki, bağlı qapılar arxasında Ermənistana təzyiqlər edilir ki, müəyyən logistik yollar, xüsusilə Cənub dəhlizi ABŞ şirkətlərinə verilməsin. İqtisadi, hüquqi və texniki parametrlərlə hansı şirkətlərə üstünlük veriləcəyi barədə konkret məlumat yoxdur. Lakin pərdəarxası güclərin bu prosesə təsir etdiyini görürük,” – deyə politoloq vurğulayıb.

O əlavə edib ki, son günlərdə İran və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşlər, habelə İran səfiri ilə erməni rəsmilərinin təmasları da bu məsələ ilə əlaqəli ola bilər. Taleh Əliyevin fikrincə, bu diplomatik fəallıq ABŞ şirkətləri və Cənub dəhlizi ilə bağlı proseslərə İranın da münasibətini müəyyənləşdirə bilər.

Sizin reklam burada
Sizin reklam burada