ABŞ-nin federal büdcə kəsiri 2025-ci maliyyə ilində 1,9 trilyon dollar təşkil edir və bu rəqəm 2035-ci ilə qədər 2,7 trilyon dollara qədər yüksələ bilər. Yəni milli borc 36 trilyon dollardan (2024-cü ilin noyabrına olan məlumat-red.) 52 trilyon dollara yüksələcək.
Xarici KİV-in yaydığı məlumata görə, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin hesabatında məlumat yer alıb.
Qeyd olunub ki, bu il federal büdcə kəsiri Ümum Daxili Məhsulun(ÜDM) 6,2%-ni təşkil edir və 2027-ci ilə qədər onun 5,2%-ə qədər azalacağı gözlənilir. Çünki gəlirlər xərclərdən daha sürətlə artır. Növbəti illərdə xərclər gəlirdən daha sürətlə artacaq. Departamentin məlumatına görə, 2035-ci ildə düzəliş edilmiş kəsir ÜDM-in 6,1%-ni təşkil edəcək.
ABŞ-nin dövlət borcunun 2035-ci ildə ÜDM-in 118%-nə qədər artacağı və böyüməyə davam edəcəyi gözlənilir. Buna səbəb kimi icbari xərclərin və faiz ödənişlərinin artımının gəlir artımını üstələməsi göstərilir.
Tural