"Bizim ərazini iki saniyəyə tutmaq olar" -Qrenlandiyalı deputat

"Bizim ərazini iki saniyəyə tutmaq olar" -Qrenlandiyalı deputat
10:30

ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsinin heç bir mənası yoxdur. Çünki Vaşinqton artıq adaya məhdudiyyətsiz girişə malikdir. Bunu ada parlamentinin deputatı, müxalif “Naleraka” partiyasının sədri və adanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pele Broberq Rusiya mediasına açıqlamasında deyib.

“ABŞ Qrenlandiyaya hücum etsəydi, nəyə hücum etmiş olardı? Burada nəyə hücum edə bilərsiniz axı? Danimarka Hərbi Dəniz Qüvvələrinə? Onlarla iki saniyəyə işi bitirmək olar. Növbəti müdafiə xəttində isə amerikalılardır. Belə çıxır ki, amerikalılar amerikalıları güllələyir? Bu gün ABŞ-nin Qrenlandiyaya məhdudiyyətsiz giriş-çıxışı var”, - deyə keçmiş nazir bildirib.

Qeyd edək ki, ABŞ-nin yeni prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyanı zəbt edəcəyini bəyan edib. Adanın rəsmən ABŞ-yə birləşdiriləcəyinə dair bəyanatlar son zamanlar dünyanın gündəminə çevrilib.

Tural