Rusiyada keçmiş nazir Mixail Abızovun mülkü ilə bağlı maraqlı məlumat yayılıb. Belə ki, keçmiş yüksək rütbəli məmurun OOO "RU-COM" şirkəti Rusiya dövlətinin mülkiyyətinə keçib. Rusiya mediası bu barədə şirkətin qeydiyyat sənədlərinə istinadən məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ildə Moskvanın Qaqarinski Rayon Məhkəməsi keçmiş məmurun şirkətin nizamnamə kapitalındakı payının 100% geri alınması barədə qərar çıxarıb. Abızovun əmlakının müsadirə edilməsi proseduru 2025-ci il yanvarın 6-dan başlayıb.
"BIR-Analytics" xidmətinin məlumatına görə, bu il yanvarın 16-da şirkətin təsisçilərinin tərkibi dəyişib. Bu məlumat Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinin məlumatları ilə təsdiqlənir.
Abızov 2012-2018-ci illərdə Açıq Hökumət Məsələləri naziri vəzifəsində çalışıb. O, 2019-cu ildə mənimsəmədə və xaricə külli miqdarda pul köçürməkdə ittiham edilərək həbs edilib.
Tural