Polkovnik rəis təyin olundu

Polkovnik rəis təyin olundu
18 Yan 2025 12:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.

News365.az xəbər verir ki, bu vəzifəyə daxili xidmət polkovniki Vaqif İbrahimov gətirilib.

Qeyd edək ki, bir müddət öncə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada