Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış "Varlı ev" tamaşasının premyerası yüksək səviyyədə, anşlaqla gerçəkləşib.
Georgi Xuqayevin iki hissəli faciəsinə Xalq artisti, Prezident mükafatçısı, Qızıl Dərviş mükafatı laureatı Firudin Məhərrəmov quruluş verib.
Bədii tərtibat Əməkdar rəssam Nabat Səmədovaya, musiqi tərtibatı Şəmistan Muradxanlya məxsusdur.
Rus dilindən tərcümə edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur.
Premyera alqışlarla qarşılandı.
Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov, tərcüməçi Ağalar İdrisoğlu, illər öncə bu əsərin ilk quruluşunda oynamış veteran aktyorlar, habelə digər teatrlarda çalışanlar səhnəyə dəvət olundular.
Çıxış edənlər son illər Sumqayıt teatrnda sağlam yaradıcılıq atmosferinin yarandığını söylədilər.
Qeyd edək ki, millət vəkili Elnarə Akimova, Mədəniyyət Nazirliyinin məsul şəxsi Böyükxanım Talıbova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, habelə şəhər ədəbi - mədəni mühitinin tanınmış nümayəndələri də premyeraya təşrif buyurmuşdular.