ABŞ prezidenti Co Bayden yadda qalmayacaq, sadəcə unudulan Amerika liderinə çevrildi. Bu fikirlər İspaniyanın ABC qəzetində dərc olunan məqalədəndir.
“O, (Bayden — red.) ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı unutduracan keçid dövrünün fiquru deyildi. Əksinə, bu əsrin ən böyük qlobal siyasi fenomeninin ikinci dərəcəli elementi idi. ABŞ-də çoxlarının dediyi kimi, bu prezidenti sadəcə unutmaq lazımdır!”, - məqalədə deyilir.
Bir gün əvvəl NBC, Baydenin ABŞ prezidentliyindən getməsi ərəfəsində Ağ Evdə atmosferin tutqun və depressiv mənzərədə olduğunu bəyan etmişdi. Dövlət başçısının iqamətgahını ziyarət edən məlumatlı mənbənin sözlərinə görə, onu əhatə edənlərdə depressiv əhval-ruhiyyə hökm sürür.
Tural