Avropa gücləri yaxın 10 il ərzində Rusiya ilə əlaqələri bərpa edə bilərlər. Lakin bunun üçün müvafiq dövlətlərin elitası bir-biri ilə dialoq qurmalıdır. Rusiya mediasının yaydığı məlumata görə, bu sözləri məşhur jurnalist və geosiyasi analitik Pepe Eskobar deyib.
Ekspert bildirib ki, o, Avropa İttifaqına (Aİ) üzv olan və indiki “Brüssel elitasına” daxil olmayan tanınmış siyasətçilərlə ünsiyyət qurmaq imkanı əldə edib. Onun sözlərinə görə, onların bir çoxu region dövlətləri ilə Moskva arasında münasibətlərin bərpasının mümkünlüyünə əmin olduğunu bildirib. Bu, xüsusən də Almaniya ilə Rusiya Federasiyası arasında münasibətlərə aiddir.
“Onlar bunun tarixi bir qaçılmazlıq kimi baş verəcəyinə demək olar ki, əmindirlər. Bu, əlbəttə ki, Almaniyada hakimiyyət dəyişikliyindən, Almaniyanın hakim sinfi ilə Rusiya Federasiyası arasında yeni yüksək səviyyəli dialoqdan asılı olacaq”, - Eskobar vurğulayıb.
Eyni zamanda, analitik aydınlaşdırıb ki, Berlin və Moskva arasında münasibətlərin normallaşması xeyli vaxt aparacaq.
Onun qeyd etdiyi kimi, Rusiya Federasiyası ilə Aİ-nin əsas üzvü olan ölkələr arasında yaxınlaşma 10 il ərzində baş verə bilər. Söhbət Almaniya, Fransa kimi ölkələrdən gedir.
Tural