ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın hava şəraiti ilə əlaqədar andiçmə mərasiminin keçiriləcəyi yeri dəyişməsi qərarı minlərlə Amerika vətəndaşının planlarına təsir edib. Bu barədə Washington Post xəbər verib.
Yanvarın 20-də Trampın andiçmə mərasiminin əsas hissəsi əvvəlcədən planlaşdırıldığı kimi açıq havada deyil, Vaşinqtondakı Kapitol Rotundada keçiriləcək. Həmin gün isə Amerika paytaxtında sıfırdan aşağı temperatur gözlənilir.
Washington Post-un məlumatına görə, hüquq-mühafizə orqanları fövqəladə iclaslar çağırıblar. Konqres üzvləri prezidentin yeni qərarını mediadan öyrəniblər və daha sonra təyyarə bileti olan seçicilərə yüzlərlə çağırış edilib: "Fəhlə və ustalar isə artıq Capitol Rotunun daxilində yeni podium yığmağa başlayıblar".
Vaşinqtona bilet alan və orada otellər bron edən bəzi amerikalılara ABŞ prezidentinin andiçmə mərasimini izləmək üçün otellərin lobbilərində və yaxınlıqdakı böyük ekranlı barlarda yeni prezidentlə "görüşlər keçirməyi" təklif ediblər.
Tural