Birləşmiş Ştatlar hökuməti Ukraynanın öz müdafiəsini qurması üçün Kiyev ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir. Bu barədə CNN telekanalı məlumat yayıb. Nəşr ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinad edib.
“Birləşmiş Ştatlar hələ də Ukrayna ilə öz qüvvələrinə müdafiə oluna biləcək kəşfiyyat məlumatlarını bölüşür. Lakin Ukrayna qüvvələrinin Rusiya qüvvələrinə qarşı hücum əməliyyatı aparmaq üçün istifadə edə biləcəyi kəşfiyyat məlumatlarının mübadiləsi azalıb”, - bəyanatda deyilir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural