Amerika ixracatçıları ABŞ mallarına tələbin azalması səbəbindən növbəti iki il ərzində 600 milyard dollar itirə bilər.
Bu proqnozu Rusiya mediasına açıqlamasında "Euler Analytical Technologies"in qlobal aktivlər üzrə eksperti Barri Erliks verib.
Erlix bildirib ki, iki il ərzində ABŞ-ın istehsal sənayesində istehsal gücündən istifadə 4% artaraq 82%-ə çatacaq.
"Biz həmçinin qiymətlərin yüksəlməsi səbəbindən ABŞ-nin mal istehlakının azalmasından əlavə bəzi digər təsirləri də gözləyirik ki, bu da ABŞ idxalına və ölkəyə qlobal ixracata 600 milyard dollarlıq ümumi mənfi təsir göstərəcək",- o qeyd edib.
Beləliklə, ABŞ-nin idxalı 2024-cü ildəki 3,3 trilyon dollardan 18% azala bilər.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp idxal rüsumlarının yeni sistemini təqdim edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Rusiya Federasiyasına qarşı heç bir rüsum qoyulmadı.
Tural