Prezident Donald Tramp hesab edir ki, Tehranın nüvə proqramı ilə bağlı diplomatik əlaqələr qurmaq şansı var və ABŞ-ın İrana zərbə endirib-endirməyəcəyinə iki həftə ərzində qərar verəcək.
News365.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“İranla danışıqların yaxın gələcəkdə baş tuta biləcəyi və ya baş tutmayacağı ilə bağlı əhəmiyyətli ehtimal olduğu üçün mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar qəbul edəcəyəm”, – o, Ağ Ev rəhbərinin bəyanatını oxuyub.