İsrail təyyarələri Livanın üç rayonunda “Hizbullah” bazalarına zərbələr endirib

İsrail təyyarələri Livanın üç rayonunda “Hizbullah” bazalarına zərbələr endirib
21:40

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”ın hərbi hədəflərinə zərbələr endirib. 

News365.az xəbər verir ki, bu barədə “Al Jadeed” məlumat yayıb. 

Məlumata görə, təyyarələr Bekaa vadisinin qərbindəki Məşqara şəhərinə də iki hava hücumu həyata keçirib. 

Mülki şəxslər arasında itkilər barədə heç bir məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada