Əhli Beytə İran rejimi qədər zülm edən ikinci hakimiyyət tarixdə olmayıb- Tural İrfan yazır

Əhli Beytə İran rejimi qədər zülm edən ikinci hakimiyyət tarixdə olmayıb- Tural İrfan yazır
13:38
Həzrət Əlinin xilafət paytaxtını Mədinədən İraqa köçürməsinin səbəblərindən biri də daxili çəkişmələrin müharibəyə çevrilməsi ehtimalına görə idi. Mümkün qədər savaş, fitnə meydanını müqəddəs məkanlardan, Məkkə - Mədinədən uzaqlaşdırmaq istəyirdi ki, xətər dəyməsin, ehtiramı qorunsun. İmam Hüseyn Kərbəlaya yola düşəndə Kəbədə Həcc ibadətini yerinə yetirirdi. Orada öldürülmək ehtimalının yüksək olduğunu hiss etdikdə müqəddəs məkanda qan tökülüb fitnə çıxmasın deyə dərhal yarımçıq o məkanı tərk etdi.
Özünü İmam yolçusu, Əhli Beyt davamçısı elan etmiş İran molla rejimi isə İmamzadə türbələrinin altını 80 metr qazdırıb saxlanmaq üçün sığınacaq edib ki, ABŞ bombalasa İmam məzarı dağılsın və fitnə ərşə çıxsın. 1991-ci ildə Körfəz savaşı zamanı İran mollalarının fitnəsi ilə Kərbəla şəhərində Səddam Hüseynə qarşı üsyana qalxan iraqlılar İmam Hüseynin qəbrini cəbbəxana edib oradan atəş açırdılar. Nəticədə rejim qüvvələri ilə atışmada türbəyə ziyan dəymiş, sonra İran propaqandası işə salınmışdı ki, guya Səddam Hüseyn İmam Hüseynin qəbrini bombalayıb. Yəni, İran rejiminin uydurduğu nağıl və fitnələri əsla şeytan, İblis bacarmaz. İmamları, Əhli Beyti öz şər əməllərinə sipər, qalxan ediblər tarix boyu. İndi də məzarlarını özlərinə qalxan edirlər ki, bomba atılanda İmamzadələrin qəbrini dağıtsın, amma bunlara heç bir zərər toxunmasın. Əhli Beytin məzarının ehtiramını itirmək istəyirlər.
Əməvi hakimiyyətindən sonra Peyğəmbər Əhli Beytinə İran molla rejimi qədər zülm edən ikinci hakimiyyət tarixdə olmayıb.
İran rejiminin törətdiyi bu son genosid Yezidin Mədinədə törətdiyi Hərrə vəhşətindən daha dəhşətlidir.
Əhli Beytin ehtiramını qorumaq hər insanın borcudur. Peyğəmbər vərəsələrinin irsini siyasi, məkrli oyunlara alət etmək, müharibələrdə qalxan, sipər, alət kimi istifadə etmək ən qatı cinayət və bağışlanmaz günahdır.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada