Ermənistan və Almaniya TRIPP layihəsinin həyata keçirilməsi ilə açılan regional imkanları müzakirə ediblər.
News365.az xəbər verir ki, müzakirə Berlində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə səlahiyyətli nümayəndəsi Nikolas Vaqnerin sədrliyi ilə iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində baş tutub.
Kostyan Vaqneri sülh müqaviləsinin, 8 avqust 2025-ci il tarixli Vaşinqton sazişlərinin paraflanması çərçivəsində Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi proqramları, o cümlədən TRIPP ("Tramp Marşrutu") çərçivəsində regional əlaqələrin perspektivləri barədə məlumatlandırıb.
Tərəflər həmçinin ikitərəfli tərəfdaşlığın strateji gündəliyi haqqında bəyannamədə göstərilən sahələrdə Berlin və İrəvan arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.