İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılmış məşhur şəxslərdən götürülən qan və saç nümunələrinin analizlərinin nəticələri məlum olub.
News365.az "TGRT Haber" telekanalına istinadən xəbər verir ki, aralarında tanınmış fenomenlər və modelyerlərin də olduğu 15 nəfərin narkotik analizinin nəticələri müsbət çıxıb.
Onların arasında sosial media fenomeni Rabia Karaca, modelyer Rabia Yaman, "Les Benjamins" brendinin direktoru Zohaer Majhadi, "Miss Turkey" gözəli Buse İskenderoğlu, fenomen Dilara Ege Çevik və "Suma Han" gecə klubunun sahibi Cengiz Can Atasoy var.
Həmçinin Burak Güngörmedi, Ayhan Yücesoy, Resul Arslan, Emrah Gencer, Yasin Burak Becek, Tuğrulbey Aran, Cihan Güler, Pınar Mintaş və Serap Saylanın da saç və qan nümunələrində narkotik maddə istifadəsi izlərinə rast gəlindiyi müəyyən edilib./Oxu.az