"NetBlocks": İranda bir həftədir internet yoxdur

"NetBlocks": İranda bir həftədir internet yoxdur
15 Yan 2026 23:20

Düz bir həftə əvvəl İran rəqəmsal qaranlığa bürünüb, çünki hökumət xalqı internetsiz qoyub.

News365.az xəbər verir ki, bu, "NetBlocks" qlobal internet monitorinq təşkilatının məlumatında qeyd olunub.

Bildirilib ki, İran hökumətinin məqsədi təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq metodunu dünya ictimaiyyətindən gizlətməkdir.

Qeyd edək ki, İranda etirazların zorakılıqla yatırılmasına dair görüntülər yayılıb. Bununla yanaşı, polislə toqquşmalarda hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilsə də, dəqiq say açıqlanmır.


Sizin reklam burada
Sizin reklam burada