İrandan Bakıya gələrkən hava limanında saxlanılan xanəndə Qəzənfər Abbasov açıqlama verib.
News365.az xəbər verir ki, Qəzənfər Abbasov açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:
“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.
***
Azərbaycanın tanınmış xanəndəsi İran hava limanında saxlanılıb.
News365.az xəbər verir ki, xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Məlumatı Q.Abbasov sayta təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb./// Manset