ABŞ Ər-Riyadda Kiyevə qoşun göndərməməyə razılaşıb - "The Telegraph"

ABŞ Ər-Riyadda Kiyevə qoşun göndərməməyə razılaşıb - "The Telegraph"
19 Fev 2025 16:50

“The Telegraph” qəzetində diqqət çəkən məqalə dərc olunub. Nəşr Ağ Evə yaxın mənbəyə istinadən yazıb ki, Birləşmiş Ştatlar Ər-Riyaddakı danışıqlar zamanı öz qoşunlarını Ukraynaya göndərməməyə razılaşıb.


“ABŞ Səudiyyə Ərəbistanında Ukraynaya sülhməramlı qüvvələr göndərməməyə razılaşıb”, - nəşrin mənbəsi deyib.


Ukrayna prezidenti Vladimir Zelenski bundan əvvəl Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqları şərh edərkən maraqlı fikirlər səsləndirmişdi. O, deyib ki, ABŞ Rusiyanı təcrid olunmuş ağır durumdan çıxmağa kömək edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada