Donald Trampın dövründə Birləşmiş Ştatlar demokratik ölkə olmaqdan uzaqlaşır və avtoritarizmə doğru sürüklənir. Bunu “Der Spiegel”ə müsahibəsində politoloq və Harvard Universitetinin professoru Stiven Levitski deyib.
“Biz demokratiyamızın süqutunun şahidi oluruq. Donald Trampın dövründə ABŞ avtoritarizm formasına doğru sürüklənir. Belə bir arzuolunmaz inkişafın geriyə qayıtması ehtimalı azdır. Lakin bu dəqiqdir ki, Birləşmiş Ştatlar demokratik ölkə olmaqdan uzaqlaşır”, - ekspert bildirib.
Levitskinin fikrincə, söhbət “rəqabətli avtoritarizmdən” gedir. Hansı ki, formal demokratik institutlar qorunub saxlanılır, lakin onların mahiyyəti məhv edilir. Onun sözlərinə görə, demokratik rəqabət hələ də mövcuddur, lakin bu ədalətsizdir. Çünki hakimiyyətdəki siyasətçilər guya dövlət resurslarından uyğun şəkildə istifadə edirlər. Halbuki onlar vəziyyəti öz maraqlarına uyğun manipulyasiya edirlər.
Tural