"ABŞ bizi əlində qumbara olan meymun kimi görür" -Arestoviç

"ABŞ bizi əlində qumbara olan meymun kimi görür" -Arestoviç
22 Mar 2025 12:46

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kirill Budanov prezident administrasiyasına Ukraynanın bütün atom elektrik stansiyalarının partladılması planını təklif edib. “Strana” nəşri xəbər verir ki, bunu Ukrayna liderinin ofisinin keçmiş müşaviri Aleksiy Aretoviç deyib.


“Onlar (ABŞ — red.) bizi əllərində qumbara olan meymun kimi qəbul edirlər. Sadəcə olaraq təhlükəli oyuncaqlara nəzarəti ələ keçirmək istəyirlər. Onlar bilirlər ki, Ukrayna məğlub olsa, bütün AES-ləri partlatmaq planlarımız var. Budanov təxminən il yarım əvvəl bununla məşğul idi. Yəni sanki biz hər şeyi partladacağıq ki, rusların əlinə keçə biləcəyi şeylərdən heç kim heç nə əldə etməsin”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada