ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum etmək niyyətindədir

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum etmək niyyətindədir
23 Mar 2025 09:15

ABŞ prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.

Bu barədə “NBC” məlumat yayıb.

Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə tətbiq edilən xüsusi proqramla ölkəyə daxil olan miqrantlardan gedir.Təşəbbüs təsdiqlənərsə, miqrantların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq.


Sizin reklam burada
Sizin reklam burada