ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın razılığın əldə olunmasının mümkünlüyü barədə bəyanatlarına baxmayaraq, Ukraynadakı müharibənin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır.
Bu barədə “Associated Press” nəşri yazıb.
Bildirilib ki, Trampın vəzifəsinin icrasına hazırlaşdığı vaxtda həm Rusiya, həm də Ukrayna təsir imkanlarını artırmağa, döyüş meydanında mövqelərini gücləndirir:
“Hər iki tərəf kompromis üçün çox az yer olan sərt danışıqlar mövqeləri tutub. Qanunsuz ilhaq edilmiş Krım da daxil olmaqla Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edən Rusiya, xüsusilə 2024-cü ilin payızında əhəmiyyətli irəliləyişlərlə döyüş meydanında təşəbbüsü qoruyur”.
Qeyd olunub ki, Ukrayna hərbi ehtiyatlarını artırmaqda çətinlik çəkir: “Səfərbərlik səviyyəsinin aşağı düşməsi və piyadaların gücünün azalması Ukraynanın davamlı təzyiqlərə tab gətirmək qabiliyyətini azaldır”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Tramp andiçmə mərasimindən sonra savaşı bitirmək üçün çalışacağını deyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün hər şeyi edəcək.