Əraqçı: Nüvə proqramı ilə bağlı danışıqlara hazırıq

Əraqçı: Nüvə proqramı ilə bağlı danışıqlara hazırıq
04 Yan 2025 09:38

“Biz İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırıq. 2 ildən artıq 5+1 ölkələri ilə xoş niyyətlə danışıqlar apardıq. Nəhayət, bütün dünyanın diplomatiyanın nailiyyəti kimi qəbul etdiyi və alqışladığı razılığa gələ bildik.”

News365.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “CCTV China” telekanalına verdiyi müsahibəsində deyib

    Əraqçi İranın hələ də nüvə proqramı ilə bağlı təxirə salınmadan konstruktiv danışıqlara getməyə hazır olduğunu deyib.

    “Avropa ölkələri ilə danışıqların bir raundu keçirilib. Bu danışıqların ikinci raundu təyin olunub vəa yaxın iki həftə ərzində üç Avropa ölkəsi ilə də keçiriləcək.”, - deyə o bildirib.


    Youtube kanalımız