Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərdi

Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərdi
21 Mar 2025 13:50

Ermənistan Türkiyə ərazisi ilə Suriyaya yardım göndərib.

    News365.az xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Tak Vaan Kostanyan bununla bağlı türkiyəli həmkarlarına təşəkkür edib.

    Qeyd edilib ki, humanitar yüklü 4 maşın bu gün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsindən keçib.

    Xatırladaq ki, Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılıb. Bildirilib ki, bu qərarın qəbulu Ermənistan Respublikası adından Suriya Ərəb Respublikasına göndərilmiş humanitar yardımın Türkiyə ərazisindən quru nəqliyyatı ilə daşınması zərurəti ilə əlaqədardır.


    Sizin reklam burada
    Sizin reklam burada